Yuxarı

Polşa telekanalı əməkdaşını Dudanın Trampla aşağılayıcı fotosuna görə işdən çıxarıb

Polşa telekanalı əməkdaşını Dudanın Trampla aşağılayıcı fotosuna görə işdən çıxarıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Polşanın "Belsat" telekanalı özünün sosial şəbəkə üzrə meneceri İvan Şilonu dövlət başçısı Andje Dudanın ABŞ prezidenti Donald Trampla aşağılayıcı fotosunu paylaşdığına görə işdən çıxarıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Şilo iki dövlət başçısının Ağ Evdəki birgə fotosunu özünün "facebook" səhifəsinə "Soldakı Polşa prezidentidir" – rəyi ilə yerləşdirib.

Bu foto daha əvvəl tənqidə səbəb olub. Fotoda stulda əyləşən Donald Trampın ayaq üstə qalmış və azacıq əyilmiş Andje Dudanın strateji əməkdaşlıq haqqında razılaşmanı imzalamaları əks olunur.

Fotonun yayılmasından bir gün sonra İvan Şilo özünün səbəb açıqlamadan işdən kənarlaşdırıldığını bildirib.

"Məni işdən çıxardılar. Danışıqlar olmadan, sadəcə bütün giriş hüququmdan uzaqlaşdırdılar. Bəlkə mən bütün bunları nə vaxtsa ətraflı yazacam, bəlkə də yox. Lakin vəziyyət pisdir. Rəhbərlər üzr istəməlidirlər, həm də başqalarını öz səhvlərinə görə işdən çıxarırlar, bu da həmçinin iş deyil", – deyə o yazıb.

Qeyd edək ki, bəziləri həmin fotonu nəzərdə tutaraq, Polşa prezidentini özünü və ölkəni aşağılamaqda ittiham ediblər. Bundan əlavə, Trampla Kim Çen Inın hər iki dövlət başçısının əyləşərək memorandum imzalamaları da misal gətirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi