Polşa XİN başçısı: "Rusiya alyans ölkələri üçün əsas təhlükədir və ona qarşı çıxmaq lazımdır"

Polşa XİN başçısı: "Rusiya alyans ölkələri üçün əsas təhlükədir və ona qarşı çıxmaq lazımdır" NATO ölkələri Rusiyanı alyans üçün əsas təhlükə hesab edir. Report xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Yaçek Çaputoviç Vaşinqton şəhərində NATO xarici işlər nazirlərinin növbəti iclasında polşalı jurnalistlərə açıqlamasında deyib.
Digər ölkələr
5 Aprel , 2019 01:22
Polşa XİN başçısı: Rusiya alyans ölkələri üçün əsas təhlükədir və ona qarşı çıxmaq lazımdır

"NATO ölkələri Rusiyanı alyans üçün əsas təhlükə hesab edir". "Report" xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Yaçek Çaputoviç Vaşinqton şəhərində NATO xarici işlər nazirlərinin növbəti iclasında polşalı jurnalistlərə açıqlamasında deyib.

"Birinci sessiya əsas təhlükələrə həsr olunub və Rusiya da, əslində, ölkələr (alyans) üçün əsas təhlükədir. NATO-nun yaranmasının 70-ci ildönümündə buradayıq və mən xatırladım ki, onda Sovet İttifaqı əsas təhlükə idi. Bu gün hamı təsdiq edir ki, Rusiya üzv ölkələr üçün əsas təhlükə olaraq qalır, ona qarşı çıxmaq lazımdır. 

Ən böyük orduya malik, təhlükəsizliyini daha çox qoruyan və dünyada aparıcı dövlət olan Birləşmiş Ştatlar Rusiyanın neqativ rolunu təsdiq edir. Digər ölkələr Rusiya ilə müəyyən dialoq, Rusiya-NATO şurasının fəaliyyətinin dəstəklənməsi zəruriliyini vurğulayırlar " - deyə nazir bildirib.

Nazir əlavə edib ki, NATO ölkələri öz hərbi imkanlarını gücləndirməli, hərbi xərclərin artırılmasına böyük əhəmiyyət verməlidirlər:

"3-4 il bundan əvvələ nəzər salanda görürük ki, hazırda NATO ölkələri tezliklə silahlanmaya təxminən 100 milyard sərf edəcək. Lakin ABŞ Avropa ölkələrində bu xərclərin artırılması tempinin tezləşdirilməsini istəyir". 

Son xəbərlər

Orphus sistemi