Polşa Norveç konsulunu "arzuolunmaz şəxs" elan edib

Polşa Norveç konsulunu "arzuolunmaz şəxs" elan edib Bakı. 12 fevral. REPORT.AZ/ Polşa Norveçin Varşavadakı konsulunu arzuolunmaz şəxs elan edib.
Digər ölkələr
12 Fevral , 2019 02:51
Polşa Norveç konsulunu arzuolunmaz şəxs elan edib

Bakı. 12 fevral. REPORT.AZ/ Polşa Norveçin Varşavadakı konsulunu "arzuolunmaz şəxs" elan edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Polşanın xarici işlər nazirinin müavini Şimon Şinkovski vel Senk "Twitter"də yazıb.

"Norveç hökuməti konsul Slavomir Kovalskini "arzuolunmaz şəxs" hesab edib ki, bu da onun öz işini icra etməsinə maneəçilik törədir. Bu vəziyyətdə yeganə mümkün qərar qarşılıqlı addımdır", - deyə Şinkovski vel Senk yazıb.

O əlavə edib ki, qərar "dərhal icra olunacaq".

Son xəbərlər

Orphus sistemi