Yuxarı

Polşa hökuməti istefaya gedib

Beata Şidloya yeni Nazirlər Kabineti yaradılana qədər hökumətə rəhbərlik etmək tapşırılıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Bu gün Polşa hökuməti Beata Şidlonun rəhbərliyi altında rəsmi olaraq istefaya gedib.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, ölkə prezidenti Andjey Duda Prezident Sarayında keçirilən rəsmi mərasim zamanı B.Şidloya baş nazirin və Nazirlər Kabinetinin istefasını qəbul etməsinə dair aktı təqdim edib.

B.Şidloya yeni Nazirlər Kabineti yaradılana qədər hökumətə rəhbərlik etmək tapşırılıb.

Bundan başqa, prezident A.Duda baş nazirin müavini Mateuş Moravetskinin baş nazir vəzifəsinə namizədliyini irəli sürüb və ona Nazirlər Kabinetini formalaşdırmağı həvalə edib.

Qeyd edək ki, dekabrın 7-də B.Şidlo hakim "Hüquq və Ədalət" Partiyasının Siyasi Komitəsinə istefasına dair müraciət edib. Komitə onun istefasını qəbul edib və baş nazirin müavini, maliyyə və inkişaf naziri Mateuş Moravetskini baş nazir postuna namizəd seçib.

Səsvermə dekabrın 12-də keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi