​Polşa hərbi polisi NATO-nun əkskəşfiyyat mərkəzini zəbt edib

​Polşa hərbi polisi NATO-nun əkskəşfiyyat mərkəzini zəbt edib Müdafiə nazirinin köməkçiləri hərbi polisin müşayiəti ilə binaya daxil olublar
Digər ölkələr
18 Dekabr , 2015 23:32
​Polşa hərbi polisi NATO-nun əkskəşfiyyat mərkəzini zəbt edib

Bakı. 18 dekabr. REPORT.AZ/ Polşa hərbi polisi NATO ölkələrindən birinin Varşavadakı əkskəşfiyyat mərkəzində, qurumun rəhbərliyini dəyişmək məqsədi ilə gecə reydi keçirib.

"Report" "The Guardian"a istinadən xəbər verir ki, bu barədə "Gazeta Wyborcza" məlumat yayıb.

Nəşrin məlumatına görə, müdafiə naziri Antoni Matsereviçin köməkçiləri hərbi polisin müşayiəti ilə açarın surətindən istifadə edərək binaya daxil olublar.

Gecə mərkəz əməkdaşları qurumun direktoru, polkovnik Kşiştof Duşanı çağırıblar, lakin onun obyektin ərazisinə girişinə icazə verilməyib. Polşanın Müdafiə Nazirliyi məlumat verir ki, Kşiştof Duşa mərkəzin direktoru vəzifəsindən çıxarılıb, lakin bu xəbərə reaksiya verməyib.

Məlumdur ki, nə NATO, nə də Slovakiya məmurları rəhbərliyin əvəzlənməsi ilə bağlı hər hansı bir məsləhətləşmənin aparıldığını təsdiq edə bilməyiblər. Slovakiya bu mərkəzin fəaliyyətində tərəfdaşdır.

Son xəbərlər

Orphus sistemi