Yuxarı

Polşa gəmisi Baltika dənizində batıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Şənbə günü axşam Polşanın göyərtəsində 19 nəfər olan gəmisi Baltika dənizində batıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu jurnalistlərə Polşa Dəniz Axtarış və Xilasetmə Xidmətinin rəsmi nümayəndəsi Rafal Qoyetsk deyib.

"Şənbə günü axşam "Mietus" gəmisi dənizdə batıb. O, kommersiya məqsədi ilə dənizə çıxır və insanları balıq tutmağa aparırdı", - deyə o bildirib.

Gəminin hansı səbəbdən batdığı hələ ki, məlum deyil. Xidmətin məlumatına görə, göyərtədə olan 19 nəfərin hamısı xilas edilib. Onların köməyinə Danimarka xilasediciləri gəlib. Əməliyyatda iki vertolyot və üç gəmi iştirak edib.

İdarədən qəza zamanı bir nəfərin başından xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.

Bundan əvvəl Çin sahillərində yük gəmisi batıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi