Braziliyada cinayətkarları küçədə güllələməyə qərar verilib

Braziliyada cinayətkarları küçədə güllələməyə qərar verilib Bakı. 25 dekabr. REPORT.AZ/ Rio-de-Janeyronun polisinin xüsusi komandası küçələrdə əllərində silah olan insanlara atəş açacaqlar.
Digər ölkələr
25 Dekabr , 2018 06:58
Braziliyada cinayətkarları küçədə güllələməyə qərar verilib

Bakı. 25 dekabr. REPORT.AZ/ Rio-de-Janeyronun polisinin xüsusi komandası küçələrdə əllərində silah olan insanlara atəş açacaqlar.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi bildirib.

Məlumata görə, atıcılar cüt şəkildə işləyəcəklər. Onlardan biri avtomatik silahla hərəkət edəcək. İkinci polis əməkdaşı isə videokamerayla gəzərək, atəş açılmasının qanunauyğun olub-olmadığını müəyyənləşdirəcək.

Federal hakim Uilson Vitçelin fikrincə, silahlı cinayətkarları xəbərdarlıqsız güllələmək mümkün olacaq. Bir halda ki, insanlar silahla küçəyə çıxırlar, onlar istənilən şəxsi öldürməyə hazırdır.

Braziliya dünyada qətl cinayətlərinin yüksək səviyyədə olduğu ölkə hesab edilir. İldə 64 min belə hadisə törədilir. Bir neçə gün əvvəl ölkədəki kilsələrdən birində atışma olub. Nəticədə 4 nəfər ölüb, daha 4 nəfər isə yaralanıb.

Son xəbərlər

Orphus sistemi