Londonda terror aktları ilə bağlı 12 nəfər saxlanılıb - YENİLƏNİB

Londonda terror aktları ilə bağlı 12 nəfər saxlanılıb - YENİLƏNİB Əməliyyat paytaxtın şərqində yerləşən Barkinq rayonunda aparılıb
Digər ölkələr
4 İyun , 2017 16:35
Londonda terror aktları ilə bağlı 12 nəfər saxlanılıb - YENİLƏNİB
EPA/WILL OLIVER

Bakı. 4 iyun. REPORT.AZ/ İngiltərə polisi Londonda törədilmiş terror aktlarında şübhəli bilinən 12 nəfəri saxlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Skotland-Yard"ın məlumatında deyilir.

"Saxlanılma Londonun şərqindəki Barkinq rayonunda həyata keçirilib", — deyə polisin bəyanatında qeyd olunub.

Hazırda xüsusi xidmət orqanları terrorçulardan birinin evində axtarış aparır.

***15:54

London polisi Britaniya paytaxtının şərq rayonu Barkinqdə xüsusi əməliyyat keçirir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Daily Express" qəzeti yazıb.

Məlumata görə, asayiş keşikçiləri çoxmənzilli binada reyd aparırlar. Bir neçə nəfər saxlanılıb.

"Reuters" yazır ki, Britaniyanın daxili işlər naziri Ember Radd gecə saatlarında şəhərin mərkəzində törədilən terror aktları ilə bağlı əməliyyatın aparıldığını bildirsə də, onun dəqiq yerini açıqlamayıb.

Son xəbərlər

Orphus sistemi