Yuxarı

Polis Barselonada terror aktı törədən şəxslərdən birini saxlayıb, digər şəxs isə öldürülüb

Mətbuat Driss Oukabirin əslən Fransanın Marsel şəhərindən olduğunu açıqlayıb

Bakı. 17 avqust. REPORT.AZ/ İspaniya polisi Barselonanın mərkəzində terror aktı törətməkdə şübhəli bilinən şəxslərdən birini saxlayıb.

"Report"un məlumatına görə, bu barədə "El Periodico" nəşri mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatında qeyd olunur ki, saxlanılan şəxsin adı Driss Oukabirdir. O, avtomobili icarəyə götürərək Rambla küçəsində piyadaları vurub.

Mətbuat onun "facebook" səhifəsinə əsasən Driss Oukabirin əslən Fransanın Marsel şəhərindən olduğunu açıqlayıb. O, Fiqeras şəhərindəki həbsxanada cəza çəkib və 2012-ci ildə azadlığa çıxıb.

"La Vanguardia" isə terror aktı törədənlərdən birinin Barselonanın mərkəzində baş vermiş atışmada öldürüldüyünü xəbər verib. "Hücumda şübhəli bilinənlərdən biri San-Just-Desverndəki atışmada öldürülüb", - deyə nəşrin məlumatında bildirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi