Polis CNN-in ofisində partlayıcı qurğu tapmayıb - YENİLƏNİB

Polis CNN-in ofisində partlayıcı qurğu tapmayıb - YENİLƏNİB Bakı. 7 dekabr. REPORT.AZ/ Nyu-York polisi CNN telekanalının ofisinin yerləşdiyi biznes mərkəzinin binasında heç bir partlayıcı qurğu tapmayıb.
Digər ölkələr
7 Dekabr , 2018 09:54
Polis CNN-in ofisində partlayıcı qurğu tapmayıb - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 7 dekabr. REPORT.AZ/ Nyu-York polisi CNN telekanalının ofisinin yerləşdiyi biznes mərkəzinin binasında heç bir partlayıcı qurğu tapmayıb.

"Report" xəbər verir ki, bu barədə yerli polis bildirib.

Nyu-York şəhər Polis Departamenti telekanalın ofisinin yerləşdiyi binaya partlayış təhdidi ilə zəng daxil olduğunu təsdiqləyib. Qeyd olunur ki, biznes mərkəzi binasında partlayıcı qurğu aşkarlanmayıb.


*** 08:42

Nyu-York polisi "Time Warner Center" binasındakı insanları bomba haqqında məlumatla əlaqədar təxliyyə edib.

"Report" xəbər verir ki, bu barədə CNN telekanalının aparıcısı Don Lemon "Twitter"də bildirib.

"Mənim şou proqramımın canlı efirdə qızğın vaxtı biz təxliyyə edildik. Bomba haqqında məlumat", - deyə o qeyd edib. 

Aparıcı əlavə edib ki, hadisə yerində polis işləyir.

Məlumatı telekanal özü də təsdiqləyib. 

Son xəbərlər

Orphus sistemi