Polis Berlində yük maşınının izdihama tərəf yönəlməsinin qəsdən olduğunu bildirib

Polis Berlində yük maşınının izdihama tərəf yönəlməsinin qəsdən olduğunu bildirib Yük maşını bazar ərazisində təxminən 80 metr irəliləyib
Digər ölkələr
20 Dekabr , 2016 10:35
Polis Berlində yük maşınının izdihama tərəf yönəlməsinin qəsdən olduğunu bildirib

Bakı. 20 dekabr. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlinin mərkəzində Milad qabağı təşkil edilən Braytşaydplats bazarında yük maşını insan izdihamının üstünə istiqamətlənib və nəticədə 12 nəfər həlak olub.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Berlin polisi məlumat verib.

Məlumatda yük maşınının qəsdən izdihama tərəf yönəldiyi bildirilib.

Qeyd edək ki, hadisə dekabrın 19-da axşam saatlarında Berlində təşkil edilən Milad qabağı bazarda baş verib. Yük maşını bazar ərazisində təxminən 80 metr irəliləyib. Polisin məlumatına görə, avtomobil Polşa dövlət nömrə nişanı olub. Hadisəni törədən sürücü qaçıb gizlənməyə çalışsa da, bir müddət sonra saxlanılıb. Nəqliyyat vasitəsinin kabinəsində, həmçinin bir sərnişin olub və o, hadisə yerində dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi