Polis "sarı jiletlilər"in aksiyası ilə əlaqədar Parisin mərkəzinə zirehli texnika cəlb edib

Polis "sarı jiletlilər"in aksiyası ilə əlaqədar Parisin mərkəzinə zirehli texnika cəlb edib Hüquq-mühafizə orqanları növbəti zorakılıq və iğtişaş dalğası olacağını gözləyir
Digər ölkələr
26 Yanvar , 2019 15:17
Polis sarı jiletlilərin aksiyası ilə əlaqədar Parisin mərkəzinə zirehli texnika cəlb edib

Bakı. 26 yanvar. REPORT.AZ/ Fransa polisi "sarı jiletlilər"in növbəti aksiyası başlamazdan əvvəl Parisin mərkəzinə - Zəfər tağına zirehli texnika cəlb edib.

"Report" xəbər verir ki, bu barədə BFM TV bildirib.

Qeyd olunur ki, hüquq-mühafizə orqanları növbəti zorakılıq və iğtişaş dalğası olacağını gözləyir.

Bu gün artıq 11-ci etiraz aksiyası olacaq.

Son xəbərlər

Orphus sistemi