​Pinoçet ordusunun keçmiş əsgəri canlı yayımda kütləvi qətllərdə iştirakını etiraf edib

​Pinoçet ordusunun keçmiş əsgəri canlı yayımda kütləvi qətllərdə iştirakını etiraf edib Radioya zəngdən sonra kişi saxlanılıb və ona qarşı ittiham irəli sürülüb
Digər ölkələr
12 Dekabr , 2015 07:06
​Pinoçet ordusunun keçmiş əsgəri canlı yayımda kütləvi qətllərdə iştirakını etiraf edib

Bakı. 12 dekabr. REPORT.AZ/ Çilidə radionun canlı efirində ötən əsrin 1970-ci illərində Auqusto Pinoçetin diktaturası əleyhdarlarının kütləvi qətlində iştirakını etiraf edən şəxs saxlanılıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu, Çili ordusunun 62 yaşlı sabiq əsgəri Gilermo Reyes Ramssi olub.

Onun axtarışı barədə göstəriş insan haqları üzrə nazir Mario Karroso tərəfindən Ramssinin yerli radiodakı çıxışından sonra verilib. O verilişə zəng edərək güllələnmələrdə iştirak etdiyi barədə anonim şəkildə danışıb.

Yaxın vaxtlarda saxlanılan şəxs dindirilmə üçün Santyaqoya göndərilməlidir.

Son xəbərlər

Orphus sistemi