"Peugeot" və "Fiat" birləşmə ilə bağlı danışıqlar aparır

"Peugeot" və "Fiat" birləşmə ilə bağlı danışıqlar aparır Peugeot və Fiat Chrysler Automobiles (FCA) avtomobil konsernləri birləşmə haqqında danışıqlara başlayıb.
Digər ölkələr
30 Oktyabr , 2019 06:08
Peugeot və Fiat birləşmə ilə bağlı danışıqlar aparır

"Peugeot""Fiat Chrysler Automobiles" (FCA) avtomobil konsernləri birləşmə haqqında danışıqlara başlayıb.

"Report"un məlumatına görə, bu barədə "Wall Street Journal" qəzeti bildirib.

"Fiat" və "PSA Group"dan ("Peugeot-Citroen") "Peugeot" mümkün birləşmə haqqında danışıqlar aparırlar", - deyə qəzetin xəbərində qeyd olunur.

Məlumata görə, yeni birliyə "Peugeot"un baş icraçı direktoru Karlos Tavares başçılıq edə bilər.

Qeyd edək ki, "Fiat" markası adı altında "Fiat", "Lancia", "Alfa Romeo", "Abarth", "Ferrari" və "Maserati" avtomobilləri istehsal edilir. PSA Avropada "Volkswagen"dən sonra ikinci avtomobil istehsalçısıdır.

Son xəbərlər

Orphus sistemi