Peterburqda partlayış baş verib: xəsarət alan var

Peterburqda partlayış baş verib: xəsarət alan var Yaralı Müqəddəs Məryəm Maqdalina 2 saylı Uşaq Xəstəxanasına çatdırılıb
Digər ölkələr
13 Aprel , 2017 21:42
Peterburqda partlayış baş verib: xəsarət alan var
Foto: vk.com/spb_today

Bakı. 13 aprel. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərinin Vasilevsk adasındakı Çernışevski adına kitabxananın yaxınlığında partlayış olub.

"Report"un məlumatına görə, bu barədə "Fontanka.ru" xəbər verib.

Kitabxananın əməkdaşlarının sözlərinə görə, partlayıcı qurğu 14-15 yaşlı yeniyetmənin əlində işə düşüb.

Şahidlər bildirib ki, gənc kitabxananın yanında yerdən nəsə qaldırıb. Bundan sonra partlayış baş verib.

İlkin məlumata görə, hadisə zamanı 1 nəfər xəsarət alıb. O, Müqəddəs Məryəm Maqdalina 2 saylı Uşaq Xəstəxanasına çatdırılıb.

Son xəbərlər

Orphus sistemi