Dmitri ​Peskov Rusiya prezidentinin ad günü ilə bağlı planlarından danışıb

Dmitri ​Peskov Rusiya prezidentinin ad günü ilə bağlı planlarından danışıb Oktyabrın 7-də Vladimir Putinin 63 yaşı tamam olur
Digər ölkələr
7 Oktyabr , 2015 16:04
Dmitri ​Peskov Rusiya prezidentinin ad günü ilə bağlı planlarından danışıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin ad gününü çox güman ki, əvvəl Gecə Hokkey Liqasından olan həmkarları, sonra isə ailəsi və dostları ilə birlikdə qeyd edəcək.

"Report" "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

"Onlar hokkey matçından sonra oyunçularla birgə sadə qaydada bu günü qeyd edəcəklər. Axşama gəldikdə isə mən dəqiq deyə bilmərəm. Bu, artıq, necə deyərlər, şəxsi məkan və zamandır. Çox güman ki, orada ailəsi və dostları olacaq", - Peskov deyib.

Mətbuat katibi oktyabrın 6-da bildirib ki, prezident ad günündə Soçidə buz meydançasına çıxacaq: "Putin ənənəvi olaraq oynadığı köhnə dostları olan veteran oyunçularla, eləcə də sabah mövsümü başlayan Gecə Hokkey Liqası üzvləri ilə hokkey oynayacaq".

Oktyabrın 7-də Rusiya prezidentinin 63 yaşı tamam olur.

2014-cü ildə Putin öz ad günündə istirahət günü götürüb bu günü Sibirdə, tayqada keçirmişdi.

Son xəbərlər

Orphus sistemi