Perunun sabiq prezidenti Uruqvaydan sığınacaq istəyib

Perunun sabiq prezidenti Uruqvaydan sığınacaq istəyib Bakı. 19 noyabr. REPORT.AZ/ Perunun korrupsiyada şübhəli bilinən sabiq prezidenti Alan Qarsiya Uruqvayın Lima şəhərindəki səfirliyində gizlənib və oradan sığınacaq istəyib.
Digər ölkələr
19 Noyabr , 2018 07:52
Perunun sabiq prezidenti Uruqvaydan sığınacaq istəyib

Bakı. 19 noyabr. REPORT.AZ/ Perunun korrupsiyada şübhəli bilinən sabiq prezidenti Alan Qarsiya Uruqvayın Lima şəhərindəki səfirliyində gizlənib və oradan sığınacaq istəyib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Perunun Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Xarici İşlər Nazirliyi xəbər verir ki, Şərqi Uruqvay Respublikasının səfiri bu səhər bizi Perunun sabiq prezidenti Alan Qarsiyanın şənbə günü axşam onun iqamətgahına gəldiyi barədə məlumatlandırıb", - deyə idarənin kommünikesində bildirilir.

Peru XİN-in məlumatına görə, indi Qarsiyanın xahişi Uruqvay hökuməti tərəfindən müvafiq şəkildə araşdırılmalıdır.

Bundan Perunun sabiq prezidenti xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi