Perunun sabiq prezidenti Fuximori həbsdən azad edilib

Perunun sabiq prezidenti Fuximori həbsdən azad edilib Fuximori insan haqlarının pozulması, korrupsiya və ölüm eskadronlarının fəaliyyətinə icazə verilməsinə görə 25 il müddətinə azadlıqdan məhrum edilib
Digər ölkələr
25 Dekabr , 2017 04:14
Perunun sabiq prezidenti Fuximori həbsdən azad edilib

Bakı. 25 dekabr. REPORT.AZ/ Peru prezidenti Pedro Pablo Kuçinski səhhəti ilə əlaqədar həbsdə olan sabiq dövlət başçısı Alberto Fuximorini əfv etmək qərarına gəlib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə dekabrın 24-də yerli RPP radiostansiyası məlumat yayıb.

Bildirilir ki, Fuximori yaxın saatlarda paytaxtın Ate qəsəbəsində yerləşən Barbadilyo həbsxanasını tərk edəcək. Sabiq prezident cəzasının son 8 ilini bu penitensiar müəssisədə çəkib.

Fuximori insan haqlarının pozulması, korrupsiya və ölüm eskadronlarının fəaliyyətinə icazə verilməsinə görə 25 il müddətinə azadlıqdan məhrum edilib.

2015-ci ilin aprelində səhhətinin pisləşməsi səbəbindən o, xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi