Peruda yük maşını mikroavtobusla toqquşub, 19 nəfər yanaraq ölüb

Peruda yük maşını mikroavtobusla toqquşub, 19 nəfər yanaraq ölüb Yük maşını sürətlə hərəkət etdiyindən, qəza zamanı partlayış baş verib
Digər ölkələr
24 Fevral , 2017 23:31
Peruda yük maşını mikroavtobusla toqquşub, 19 nəfər yanaraq ölüb

Bakı. 24 fevral. REPORT.AZ/ Perunun şimal-qərbində yük maşınının motosiklet və mikroavtobusa çırpılması nəticəsində təqribən 20 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, ölkənin yanğın xidmətinin rəhbəri Viktor Fernandesin bildirdiyinə görə, yük maşını sürətlə hərəkət etdiyindən, qəzadan sonra partlayış baş verib və ölən 19 nəfərin meyiti yanmış vəziyyətdə aşkar olunub.

Onların qalıqları şəxsiyyətlərinin müəyyən edilməsi üçün yaxınlıqdakı Truxilyo şəhər xəstəxanasına çatdırılıb.

Son xəbərlər

Orphus sistemi