Peruda sərnişin avtobusunun dərəyə aşması nəticəsində 11 nəfər ölüb

Peruda sərnişin avtobusunun dərəyə aşması nəticəsində 11 nəfər ölüb Avtobusun 10 metr dərinliyi olan dərəyə yuvarlanaraq göldə batdığı bildirilir
Digər ölkələr
29 İyul , 2015 03:46
Peruda sərnişin avtobusunun dərəyə aşması nəticəsində 11 nəfər ölüb

Bakı. 29 iyul. REPORT.AZ/ Peruda sərnişin avtobusu dərəyə aşıb. Nəticədə 11 nəfər ölüb, 40 nəfər xəsarət alıb. "Report"un RİA "Novosti"-yə istinadən verdiyi xəbərə görə, insident ölkənin cənubundakı Kusko əyalətində baş verib.

Qəza nəticəsində avtobusun 10 metr dərinliyi olan dərəyə yuvarlanaraq göldə batdığı bildirilir.

Yaralılar xəstəxanalara çatdırılıb. 

Son xəbərlər

Orphus sistemi