Bakı. 21 avqust. REPORT.AZ/ Peru Konqresi narkotiklərin daşınmasında şübhəli bilinən şəxsi təyyarələrin vurulmasına icazə verən qanunu yekdilliklə qəbul edib.
"Report" BBC-yə istinadən xəbər verir ki, Peru dünyada ən mühüm kokain tədarükçülərindən biridir.
Perunun narkotiklərlə mübarizə agentliyi bildirib ki, narkotik alverçiləri kokaini digər ölkələr, xüsusilə də ABŞ-a kiçik təyyarələrdə daşıyır.
Cənubi Amerikada narkotiklərlə mübarizə proqramına sponsorluq edən ABŞ Peru Hərbi Hava Qüvvələrinin şəxsi təyyarələri vurmasının əleyhinə çıxış edir. 2001-ci ildə Peru hərbçiləri səhvən amerikalı missionerlərin uçduğu təyyarəni vurub.