Peruda kütləvi zəhərlənmədən 9 nəfər ölüb, 50 nəfərin vəziyyəti ağırdır

Peruda kütləvi zəhərlənmədən 9 nəfər ölüb, 50 nəfərin vəziyyəti ağırdır Bakı. 7 avqust. REPORT.AZ/ Perunun Ayakuço regionunun San-Xose-de-Uşua dairəsində keçirilən yas mərasimi zamanı kütləvi zəhərlənmə olub.
Digər ölkələr
7 Avqust , 2018 20:51
Peruda kütləvi zəhərlənmədən 9 nəfər ölüb, 50 nəfərin vəziyyəti ağırdır

Bakı. 7 avqust. REPORT.AZ/ Perunun Ayakuço regionunun San-Xose-de-Uşua dairəsində keçirilən yas mərasimi zamanı kütləvi zəhərlənmə olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, zəhərlənmə nəticəsində 9 nəfər ölüb, 50 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Zəhərlənməyə həşəratların öldürülməsi üçün nəzərdə tutulan dərmanın qidaya düşməsinin səbəb olduğu  ehtimal edilir.

Hazırda Perunun Hərbi Hava Qüvvələri zəhərlənən insanları İka şəhərində yerləşən xəstəxanaya çatdırır. 

Son xəbərlər

Orphus sistemi