Peruda keçirilən prezident seçkilərinin birinci turunun qalibi Keyko Fuximiro olub

Peruda keçirilən prezident seçkilərinin birinci turunun qalibi Keyko Fuximiro olub O, birinci turda seçicilərinin 37,8 səsini toplayıb
Digər ölkələr
11 Aprel , 2016 00:49
Peruda keçirilən prezident seçkilərinin birinci turunun qalibi Keyko Fuximiro olub

Bakı. 11 aprel. REPORT.AZ/ Peruda keçirilən prezident seçkilərinin nəticələrinə görə keçmiş dövlət başçısının qızı Keyko Fuximiro liderdir.

"Report"un məlumatına görə, Keçmiş dövlət başçısı Alberto Fuximironun qızı Keyko Fuximiro topladığı səslərə görə birinci yerdədir.

 "Ipsos" sosioloji xidmət mərkəzinin keçirdiyi "exit poll" nəticəsində onun birinci turda Peru seçicilərinin 37,8 səsini topladığı məlum olub.

Fuximironun rəqibləri - texnokrat Pedro Kuçinski 20,9 faiz, "Geniş cəbhə"nin prezidentliyə namizədi Veronika Mendosa 20,3 faiz səs toplayıblar.

Prezident seçkiləri ilə yanaşı parlament seçkiləri də başa çatıb. Seçkilərin ilkin nəticələri yerli vaxtla saat 21:00-da açıqlanacaq. 

Son xəbərlər

Orphus sistemi