Peruda güclü daşqınlar nəticəsində 75 nəfər ölüb

Peruda güclü daşqınlar nəticəsində 75 nəfər ölüb Həmçinin 263 nəfər xəsarət alıb, daha 20 nəfər itkin düşüb
Digər ölkələr
20 Mart , 2017 01:38
Peruda güclü daşqınlar nəticəsində 75 nəfər ölüb

Bakı. 20 mart. REPORT.AZ/ Peruda baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 75 nəfərə çatıb, 260-dan çox insan xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə yerli fövqəladə vəziyyətlər xidmətinə istinadən "RCN" agentliyi məlumat yayıb.

Bundan əvvəl 72 nəfərin öldüyü bildirilirdi.

Təbii fəlakət nəticəsində 263 nəfər xəsarət alıb, daha 20 nəfər itkin düşüb. Daşqınlar nəticəsində 12 min yaşayış evi, 25 məktəb, 8 səhiyyə obyekti dağılıb, həmçinin 2 min km. yol sıradan çıxıb, təqribən 9 min hektar kənd təsərrüfatı sahəsinə ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi