Peruda daşqın fəsadlarının aradan qaldırılmasına 760 mln. dollar ayrılıb

Peruda daşqın fəsadlarının aradan qaldırılmasına 760 mln. dollar ayrılıb Yağış mövsümü başlayandan 67 nəfər təbii fəlakətin qurbanı olub
Digər ölkələr
18 Mart , 2017 06:58
Peruda daşqın fəsadlarının aradan qaldırılmasına 760 mln. dollar ayrılıb

Bakı. 18 mart. REPORT.AZ/ Peru prezidenti Pedro Kuçinski ölkədə baş verən güclü daşqınlarla əlaqədar bərpa işlərinə təqribən 766 milyon dollar ayrıldığını bildirib.

"Report" "Andina" nəşrinə istinadən xəbər verir ki, son məlumatlara görə, yağış mövsümü başlayandan 67 nəfər təbii fəlakətin qurbanı olub.

Ümumilikdə 115 bina zərər çəkib, 117 körpü uçub və minlərlə kilometr yol sıradan çıxıb.

Son xəbərlər

Orphus sistemi