Peruda bayram tədbiri zamanı 6 nəfər ölüb

Peruda bayram tədbiri zamanı 6 nəfər ölüb Peruda Müqəddəs Assizli Fransisk bayramı münasibətilə keçirilən tədbir zamanı binanın damının çökməsi nəticəsində azı 6 nəfər ölüb, 40 nəfər yaralanıb.
Digər ölkələr
14 Oktyabr , 2019 15:22
Peruda bayram tədbiri zamanı 6 nəfər ölüb

Peruda Müqəddəs Assizli Fransisk bayramı münasibətilə keçirilən tədbir zamanı binanın damının çökməsi nəticəsində azı 6 nəfər ölüb, 40 nəfər yaralanıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Hadisə yerli vaxtla dünən saat 17:00 radələrində ölkənin mərkəzi hissəsindəki Uankan əyalətindəki "Dos Estrellas" məkanında baş verib. Çökməyə güclü yağış və dolu səbəb olub.

Hadisə yerində xilasetmə xidmətləri işini davam etdirir. Dağıntılar altında hələ də insanlar ola bilər.

Son xəbərlər

Orphus sistemi