Perunun mərkəzi hissəsində avtobusun yanması nəticəsində azı 20 nəfər həlak olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "El Comercio" qəzeti məlumat yayıb.
Məlumata görə, hadisə San-Martin-de-Porres (Limanın mərkəzi regionu) ərazisində baş verib. Avtovağzalda dayanan ikimərtəbəli avtobus yanmağa başlayıb. Alışma nəqliyyat vasitəsinin arxa hissəsində başlayıb, ona görə də ikinci mərtəbədəki sərnişinlər aşağı enə və çölə çıxa bilməyiblər.
Qeyd edilir ki, hadisə zamanı 7 nəfər xəsarət alıb. Onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Daha əvvəl Peruda qızıl mədəninin çökməsi nəticəsində azı 8 nəfər həlak olub.