Yuxarı

Peruda avtobus yanıb, çox sayda ölən var

Peruda avtobus yanıb, çox sayda ölən var

Perunun paytaxtı Limanın şimal San Martin de Porres bölgəsində ötən gecə qanunsuz avtovağzalda bir avtobusun yanması nəticəsində azı 20 nəfər həlak olub, 10 nəfər xəsarət alıb.

“Report” “CNA”ya istinadən xəbər verir ki, yanğınsöndürmə xidmətindən verilən məlumata görə, ölənlərin bir çoxu ikimərtəbəli şəhərlərarası avtobusun yuxarı salonunda aciz qalaraq diri-diri yanıb.

“El Comercio” qəzeti yazıb ki, avtobusdan təxliyyə edilən 7 nəfər xəstəxanaya yerləşdirilib.

AFP xəbər verir ki, ölkənin şimalındakı Çiklayo şəhərinə hərəkət edəcək atobusda neçə sərnişinin olduğu barədə dəqiq məlumat yoxdur. Hadisənin səbəbi kimi, elektrik sistemindəki nasazlıq göstərilir.

Bu fəciənin ölkədəki ictimai nəqliyyatda baş verən hərc-mərcliyin göstəricisi olduğu bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi