Peruda avtobus dərəyə düşüb: 16 ölü, 10 yaralı

Peruda avtobus dərəyə düşüb: 16 ölü, 10 yaralı Yaralılar qəza şahidləri tərəfindən xəstəxanalara çatdırılıb
Digər ölkələr
19 Yanvar , 2016 03:40
Peruda avtobus dərəyə düşüb: 16 ölü, 10 yaralı

Bakı. 19 yanvar. REPORT.AZ/ Peruda sərnişin avtobusu dərəyə düşüb, nəticədə 16 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

"Report" RIA "Novosti" agentliyinə istinadən xəbər verir ki, hadisə ölkənin mərkəzində yerləşən Hunin rayonunda baş verib. Avtobus qəza nəticəsində 35 metr dərinliyi olan dərəyə yuvarlanıb.

Yaralılar qəza şahidləri tərəfindən xəstəxanalara çatdırılıb. Hadisə yerində cəsədlərin axtarışı davam etdirilir.

İlkin məlumata görə, yol nəqliyyat hadisəsi sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.

Son xəbərlər

Orphus sistemi