Bakı. 26 sentyabr. REPORT.AZ/ Perunun avtomobil yollarından birində sərnişin avtobusunun uçurumdan aşağı düşməsi nəticəsində azı 23 nəfər həyatını itirib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı yerli "Canaln" telekanalı məlumat yayıb.
Bildirilir ki, yol qəzası bazar ertəsi axşam baş verib. Əvvəlcə yeddi nəfərin öldüyü xəbər verilib. Avtobus ölkənin cənub-qərbində yerləşən Kusko departamentinin Çumbivilkas əyalətində dağ yolundan uçuruma yuvarlanıb. Həmin ərazidə uçurumun hündürlüyü təqribən 200 metr təşkil edib.
İlkin məlumatlara görə, hadisəyə avtobusun digər avtomobil ilə toqquşması səbəb olub. Həmin maşının sürücüsü hadisə yerindən qaçıb.