Bakı. 6 yanvar. REPORT.AZ/ Perunun Braziliya ilə sərhəddə yerləşən Purus əyalətində 7,2 maqnituda gücündə zəlzələ qeydə alınıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli Geofizika İnstitutu məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların ocağı 598 km. dərinlikdə olub.
Daha əvvəl Braziliyada 6,8 maqnituda gücündə zəlzələ baş verib.