Peruda 6 bal gücündə zəlzələ olub

Peruda 6 bal gücündə zəlzələ olub Zəlzələ Ekvador və Kolumbiyada da hiss edilib
Digər ölkələr
18 Aprel , 2017 23:53
Peruda 6 bal gücündə zəlzələ olub

Bakı. 18 aprel. REPORT.AZ/ Peruda 6 bal gücündə zəlzələ olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Elmi-Geoloji Araşdırma Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, yeraltı təkanlar ölkənin Amazon bölgəsindəki İqitos şəhərinin 255 kilometr şimal-qərbində, 10,7 kilometr dərinlikdə qeydə alınıb. Hələlik tələfat və ya dağıntı barəsində məlumat verilmir.

Zəlzələ Ekvador və Kolumbiyada da hiss edilib. Ekvadorun paytaxtı Kitoda yeraltı təkanlardan təlaşa düşən sakinlər evlərini tərk ediblər.  

Son xəbərlər

Orphus sistemi