Peru hökuməti Venesuela ilə bu ölkədən gələn miqrantların sayının çox olması səbəbindən viza rejimi tətbiq etmək qərarına gəlib.
"Report" "El Comercio" nəşrinə istinadən xəbər verir ki, bunu cümə axşamı respublika prezidenti Martin Viskarra deyib.
"Biz təhlükəsiz və nizam-intizamlı miqrasiya istəyirik. Bu, Venesuela vətəndaşlarının girişinə yalnız yaxşı nəzarət zamanı mümkün ola bilər. Ona görə iyunun 15-dən ölkəyə pasportu və müvafiq vizası olan venesuelalılar daxil ola bilərlər", - deyə o bildirib.
Perunun Miqrasiya Xidmətinin məlumatına görə, Bolivar Respublikasında böhran zamanı ölkəyə 800 min venesuelalı daxil olub.