Yuxarı

Peru və Ekvadorda güclü zəlzələ baş verib

​Peru və Ekvadorda güclü zəlzələ baş verib

Bakı. 19 yanvar. REPORT.AZ/ Cümə günü PeruEkvador ərazilərində güclü yeraltı təkanlar qeydə alınıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ekvadorun Geofizika İnstitutu məlumat yayıb.

Peru ilə sərhəddə yerləşən Morona-Santyaqo əyalətində 5,95 maqnituda gücündə yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin episentri 25,5 km dərinlikdə yerləşib.

Eyni zamanda Perunun Geofizika İnstitutu Ekvadorla sərhəd zonasında 5,8 maqnituda gücündə zəlzələnin olduğu barədə məlumat yayıb. Zəlzələnin ocağı 111 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Daha əvvəl Polşada ölümlə nəticələnən zəlzələ baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi