Pentaqon Yaxın Şərqə 14 min hərbçi göndəriləcəyi ilə bağlı məlumatı təkzib edib

Pentaqon Yaxın Şərqə 14 min hərbçi göndəriləcəyi ilə bağlı məlumatı təkzib edib ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Alissa Fərəh yerli KİV-də Vaşinqtonun Yaxın Şərqə əlavə 14 min hərbçi göndərə biləcəyi ilə bağlı yayılan məlumatları təkzib edib.
Digər ölkələr
5 Dekabr , 2019 11:03
Pentaqon Yaxın Şərqə 14 min hərbçi göndəriləcəyi ilə bağlı məlumatı təkzib edib

ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Alissa Fərəh yerli KİV-də Vaşinqtonun Yaxın Şərqə əlavə 14 min hərbçi göndərə biləcəyi ilə bağlı yayılan məlumatları təkzib edib.

"Report" TASS-a istinadən xəbər verir ki, o, bu barədə "Twitter" səhifəsində yazıb.

Xatırladaq ki, daha əvvəl "The Wall Street Journal" nəşri ABŞ rəsmilərinə istinadən Vaşinqton administrasiyasının Yaxın Şərqdə hərbi mövcudluğunu genişləndirmək üçün bölgəyə əlavə 14 min hərbçi və onlarla hərbi gəmi göndərməyi nəzərdən keçirdiyini yazmışdı.

Pentaqon rəhbəri Mark Esper isə oktyabrda bölgədə artıq 14 min ABŞ hərbçisinin olduğunu söyləyib.

Son xəbərlər

Orphus sistemi