Pentaqon təmsilçisi: “ABŞ hərbçiləri İŞİD üzərində qələbədən sonra da Suriyada qalacaq”

Pentaqon təmsilçisi: “ABŞ hərbçiləri İŞİD üzərində qələbədən sonra da Suriyada qalacaq” Bakı. 6 dekabr. REPORT.AZ/ “ABŞ hərbçiləri Suriyada terrorçu İŞİD üzərində qələbədən sonra da qalacaq”.
Digər ölkələr
6 Dekabr , 2017 20:41
Pentaqon təmsilçisi: “ABŞ hərbçiləri İŞİD üzərində qələbədən sonra da Suriyada qalacaq”

Bakı. 6 dekabr. REPORT.AZ/ “ABŞ hərbçiləri Suriyada terrorçu İŞİD üzərində qələbədən sonra da qalacaq”.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Erik Pexon deyib.

“Biz terrorçu qruplaşmaların geri qayıtmasının qarşısını almaq və tərəfkeşlərimizə yardım etmək üçün Suriya torpaqlarında qalacağıq. Koalisiya İŞİD-i əks-həmlə etməsi imkanlarından və Suriyadan kənarda terror aktları törətməsindən məhrum etməlidir”, - o vurğulayıb.

ABŞ-ın əsas tərəfdarı terrorçu PKK qruplaşmasının Suriyadakı qolları - YPG və PYD silahlılarından yaradılan “Suriya Demokratik Qüvvələr Birliyi” sayılır.

Hazırda ABŞ-ın Suriyada 1700 hərbçisi var.

Son xəbərlər

Orphus sistemi