ABŞ Suriyadan çıxardığı hərbçilərini İraqda saxlamayacaq.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanına səfəri zamanı ABŞ-ın Müdafiə naziri Mark Esper deyib.
O, həmin hərbçilərin ABŞ-a dönəcəyini qeyd edib, həmçinin bu məsələni sabah iraqlı həmkarı ilə müzakirə etmək niyyətində olduğunu açıqlayıb.