Bakı. 18 sentyabr. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə məxsus qırıcı təyyarələr Deyr-əz-Zorun cənubundakı (Suriya) obyektlərə onların İŞİD terror qruplaşmasına məxsus olduğunu zənn edərək zərbə endirib.
"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının TASS-a daxil olan bəyanatında bildirilir.
Hücum zamanı Suriya ordusunun 62 hərbçisi ölüb, 100-ü yaralanıb.