Pentaqon rəhbəri ABŞ hərbi qüvvələrinin Suriyadan çıxarılmasını müzakirə etmək üçün İraqa gedib

Pentaqon rəhbəri ABŞ hərbi qüvvələrinin Suriyadan çıxarılmasını müzakirə etmək üçün İraqa gedib ABŞ-ın müdafiə naziri Mark Esper Bağdadda elan olunmamış səfərdədir.
Digər ölkələr
23 Oktyabr , 2019 11:37
Pentaqon rəhbəri ABŞ hərbi qüvvələrinin Suriyadan çıxarılmasını müzakirə etmək üçün İraqa gedib

ABŞ-ın müdafiə naziri Mark Esper Bağdadda elan olunmamış səfərdədir.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Pentaqon rəhbəri Bağdadda iraqlı həmkarı Nəcah əl-Şamari, eləcə də İraqın Baş naziri Adel Abdel Mahdi ilə görüşməyi planlaşdırır. Esper İraq rəhbərliyi ilə ABŞ qoşunlarının Suriyadan çıxarılması prosesini və İraqın bu prosesdə oynayacağı rolu müzakirə etmək niyyətindədir.

Oktyabrın 9-da Türkiyə Suriyanın şimalında "Barış pınarı" əməliyyatına start verdiyini elan edib. Əməliyyatın məqsədi Türkiyə sərhədi üçün qoruyucu zolaq halına gəlməli olan bir bufer zona yaratmaqdır. Ankaranın planına görə, Türkiyədəki suriyalı qaçqınlar ora geri dönə biləcək.

Oktyabrın 13-də Pentaqon rəhbəri Türkiyənin əməliyyatı səbəbiylə ABŞ-ın təxminən min əsgərini Suriyanın şimalından çıxarmağa başladığını söyləyib. Oktyabrın 16-da ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Suriyanın şimalında Hələbdən 150 km məsafədə yerləşən Kobani şəhərindəki hərbi bazanı tamamilə ləğv edib, eyni zamanda ərəb respublikasının şimal-şərqindəki Raqqa və Tabka şəhərlərini tərk edib.

Son xəbərlər

Orphus sistemi