Pentaqon rəhbəri ABŞ təhlükəsizliyi üçün qlobal təhlükə mənbəyi olan ölkələrin adlarını açıqlayıb

Pentaqon rəhbəri ABŞ təhlükəsizliyi üçün qlobal təhlükə mənbəyi olan ölkələrin adlarını açıqlayıb Karter: "Təhlükəsizlik sahəsindəki mövcud vəziyyət yeni yanaşmalar tələb edir"
Digər ölkələr
18 Mart , 2016 11:44
Pentaqon rəhbəri ABŞ təhlükəsizliyi üçün qlobal təhlükə mənbəyi olan ölkələrin adlarını açıqlayıb

Bakı. 18 mart. REPORT.AZ/ "Hazırda ABŞ təhlükəsizliyi üçün beş qlobal təhdid təhlükəsi var".

"Report" ABŞ-ın hərbi dövlət idarəsinin saytına istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Eşton Karter 2017-ci müdafiə büdcəsi haqqında dinləmələr zamanı Senatının silahlı qüvvələr üzrə komitəsində çıxışı zamanı deyib.

O, qlobal təhlükələr siyahısında ilk pilləyə Rusiyanı qoyub. Sonrakı yerlərdə isə Çin, Şimali Koreya, İran və beynəlxalq terrorizm qərarlaşıb.

"Təhlükəsizlik sahəsindəki mövcud vəziyyət son 25 ildə olandan çox fərqlənir. O, yeni yanaşmalar tələb edir", - deyə Pentaqon rəhbəri bildirib. Bununla yanaşı, E.Karter Rusiya və Çini silahlanma sistemini imkişaf etdirən, müəyyən sahələrdə ABŞ-ın liderliyini şübhə altına salan iki ən təhlükəli rəqib kimi də dəyərləndirib.

E.Karter gələn ilin hərbi büdcəsinin 582,7 milyard dollar həcmində olmasını istəyib. O, bu məbləğin 523,9 milyard dollarının baza büdcə olacağını, yerdə qalan 58,8 milyard dolların xaricdə təcili əməliyyatlar üçün fondda saxlanılacağını bildirib.

Son xəbərlər

Orphus sistemi