Yuxarı

Pentaqon: PYD ilə iş birliyimiz dava edəcək

Pentaqon: PYD ilə iş birliyimiz dava edəcək
Donald Tramp YPQ-ə silah-sursatın verilməyəcəyinə dair qərar qəbul edib
© Courtesy İmage

Bakı. 28 noyabr. REPORT.AZ/ Pentaqon PKK-nın qolu olan PYD ilə iş birliyini davam etdirəcək.

"Report"un məlumatına görə, bu barədə "Haberturk" xəbər yayıb.

Məlumata görə, ABŞ-ın Müdafiə Nazirliyi PYD ilə iş birliyini davam etdirmək niyyətindədir. Belə ki, hərbi qurum kürd separatçılarına hərbi yardımın nəzərdən keçirdiyini açıqlayıb. 

Bununla yanaşı, PKK-nın digər qoluna da silahların verilməsinin məhdudlaşdırıldığı bildirilir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl PKK-nın Suriya qolu sayılan YPQ-ə silah-sursatın verilməyəcəyinə dair qərar qəbul edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi