Yuxarı

Pentaqon kasset döyüş sursatlarından istifadəni davam etdirəcək

ABŞ-ın Müdafiə Nazirliyi bu barədə qərar qəbul edib

Bakı. 5 dekabr. REPORT.AZ/ Pentaqon kasset döyüş sursatlarından istifadəni davam etdirmək barədə qərar qəbul etməklə, onlardan imtina üzrə proqramı dayandırmış olub.

"Report" "Jane's 360" nəşrinə istinadən xəbər verir ki, Amerikanın Müdafiə Nazirliyi əvəzinə bu qədər səmərəli yenisi gəlməyincə, kasset döyüş sursatlarından istifadə etmək niyyətindədir.

Bildirilir ki, proqrama 2008-ci ildə başlanılıb. Lakin hərbi məmurlar Rusiya və KXDR artilleriyalarından ehtiyatlandıqları üçün sabiq müdafiə naziri Robert Qeytsin siyasətinə yenidən baxmaq qərarına gəliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi