Pentaqon: İŞİD-in neft-qaz gəlirləri ayda təxminən 15 mln. dollara qədər azalıb

Pentaqon: İŞİD-in neft-qaz gəlirləri ayda təxminən 15 mln. dollara qədər azalıb Bu barədə antiterror koalisiyası komandanlığının nümayəndəsi, polkovnik Kristofer Harver Pentaqonda bildirib
Digər ölkələr
7 İyul , 2016 05:54
Pentaqon: İŞİD-in neft-qaz gəlirləri ayda təxminən 15 mln. dollara qədər azalıb

Bakı. 7 iyul. REPORT.AZ/ ABŞ başda olmaqla İraqda və Suriyada İŞİD terror qruplaşmasına qarşı döyüşən koalisiya komandanlığı hesab edir ki, terrorçuların neft və qazdan əldə etdiyi qanunsuz gəlirlər son vaxtlar yarıbayarı - ayda təxminən $ 15 milyon dollaradək azalıb. "Report" xəbər verir ki, bu barədə antiterror koalisiyası komandanlığının nümayəndəsi, polkovnik Kristofer Harver Pentaqonda jurnalistlər üçün keçirildiyi brifinqdə bildirib.

Harver ötən həftə verdiyi açıqlamasına düzəliş edib. Bir neçə gün öncəki mətbuat konfransında bu rəqəmin ayda 300 milyon dollar olduğunu deyən polkovnik son mətbuat konfransında həmin göstəricinin səhv olduğunu etiraf edib.

Pentaqon rəsmisi qeyd edib ki, İŞİD-in gəlirləri son aylar təxminən 15 milyonadək azalıb. 

Onun sözlərinə görə, koalisiya qüvvələri İŞİD-in nəzarəti altında olan neft-qaz obyektlərinə 193 hava zərbəsi endiriblər. 2014-cü ilin sentyabrından bu günə kimi ümumilikdə terrorçuların neft-qaz obyektlərinə 303 zərbə endirilib. 

Son xəbərlər

Orphus sistemi