Yuxarı

Pentaqon: İŞİD-i İraqdan tezliklə çıxartmaq mümkün olmayacaq

Pentaqon: İŞİD-i İraqdan tezliklə çıxartmaq mümkün olmayacaq
Mosulun Qərb hissəsi uğrunda döyüş, Şərqinə nisbətdə daha ağır olacaq

Bakı. 25 yanvar. REPORT.AZ/ İraq Silahlı Qüvvələri ölkənin İŞİD-in işğalı altında olan hissəsini tezliklə azad edə bilməyəcəklər.

"Report" xəbər verir ki, bu proqnozla İraq və Suriyada İŞİD-ə qarşı aparılan beynəlxalq əməliyyatların amerikalı komandanı general-leytenant Stiven Taunsend çıxış edib.

"İŞİD-in İraq ərazisində çıxarılmasına hələ çox var", - deyə Pentaqonun mətbuat xidməti Taunsendin sözlərini sitat gətirib.

Bundan əlavə, o qeyd edib ki, "Mosulun Qərb hissəsi uğrunda döyüş, Şərqinə nisbətdə daha ağır olacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi