Pentaqon: İraqın bütün ərazisi İŞİD-dən əməli olaraq azad olunub

Pentaqon: İraqın bütün ərazisi İŞİD-dən əməli olaraq azad olunub Əl-Qaim şəhərinin azad olunması İŞİD-ə qarşı davam edən kampaniyanın mühüm mərhələsidir
Digər ölkələr
4 Noyabr , 2017 01:59
Pentaqon: İraqın bütün ərazisi İŞİD-dən əməli olaraq azad olunub
Courtesy İmage

Bakı. 4 noyabr. REPORT.AZ/ İraq qoşunları ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin dəstəyi ilə İŞİD terror təşkilatı tərəfindən işğal olunmuş bütün əraziləri demək olar ki, azad ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü koalisiya qərargahının yaydığı bəyanatda deyilir.

"Əl-Qaim şəhəri və Suriya ilə əsas sərhəd keçidinin azad olunması İŞİD-ə qarşı davam edən kampaniyanın mühüm mərhələsidir. İraq qüvvələri indi beynəlxalq koalisiyanın dəstəyi ilə İŞİD-in ölkədə işğal etdiyi demək olar ki, bütün əraziləri azad ediblər", - deyə sənəddə qeyd olunur.

Son xəbərlər

Orphus sistemi