Pentaqon: “İranın raket zərbələri zamanı ABŞ-ın 34 hərbçisi kontuziya alıb”

Pentaqon: “İranın raket zərbələri zamanı ABŞ-ın 34 hərbçisi kontuziya alıb” İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPEH) ABŞ-ın İraqda yerləşən hərbi bazalarına 8 yanvarda endirdiyi aviazərbələr nəticəsində Birləşmiş Ştatların 34 hərbçisi kontuziya alıb.
Digər ölkələr
24 Yanvar , 2020 22:10
Pentaqon: “İranın raket zərbələri zamanı ABŞ-ın 34 hərbçisi kontuziya alıb”

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPEH) ABŞ-ın İraqda yerləşən hərbi bazalarına 8 yanvarda endirdiyi aviazərbələr nəticəsində Birləşmiş Ştatların 34 hərbçisi kontuziya alıb.

“Report”un xəbərinə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffman jurnalistlər üçün keçirdiyi brifinqdə bəyan edib.

“Cəmi 34 hərbçiyə kontuziya diaqnozu qoyulub. Almaniyaya aparılan səkkiz hərbçi ABŞ-a dönüb və tibbi yardım almaqda davam edir. Küveytə göndərilən bir əsgər isə İraqa qayıdıb”-deyə, o bildirib. 

Son xəbərlər

Orphus sistemi