Pentaqon Əfqanıstanda ABŞ əsgərlərinin öldürüldüyünü və yaralandığını təsdiqləyib

Pentaqon Əfqanıstanda ABŞ əsgərlərinin öldürüldüyünü və yaralandığını təsdiqləyib Pentaqon hadisənin təfərrüatı barədə heç bir açıqlama verməyib
Digər ölkələr
11 İyun , 2017 02:25
Pentaqon Əfqanıstanda ABŞ əsgərlərinin öldürüldüyünü və yaralandığını təsdiqləyib
Courtesy İmage

Bakı. 11 iyun. REPORT.AZ/ ABŞ-ın Müdafiə Nazirliyi Əfqanıstanın şərqində Birləşmiş Ştatların 3 hərbçisinin həlak olduğunu, daha 1 hərbçinin isə yaralandığını təsdiqləyib.

"Report"un məlumatına görə, bununla bağlı "TASS" agentliyi Pentaqona istinadən xəbər verib.

Pentaqonun yaydığı qısa bəyanatda şənbə günü üç hərbçinin öldürüldüyü, daha bir hərbçinin tibb yardım üçün Əfqanıstandan təxliyə edildiyi bildirilir. Xəbərdə həmçinin qeyd olunur ki, əsgərlərin yaxınlarına bununla bağlı bildiriş göndərilib.

Pentaqonun məlumatında qeyd olunur ki, hadisənin başvermə səbəbləri araşdırılır. Ətraflı məlumat sonra verilə bilər.

Pentaqon hadisənin təfərrüatı barədə heç bir açıqlama verməyib.  

Qeyd edək ki, digər KİV orqanları hadisə zamanı iki ABŞ hərbçisinin həlak olması, hücumun "Taliban" qruplaşması tərəfindən təşkil edilməsi barəsində məlumat yaymışdılar. Bildirilirdi ki, ABŞ hərbçilərinə atəş açan Əfqanıstan Silahlı Qüvvələrinin əsgəri olub. O, öldürülüb.

Son xəbərlər

Orphus sistemi