Pentaqon daxili elektron poçt sisteminin fəaliyyətini dayandırıb

Pentaqon daxili elektron poçt sisteminin fəaliyyətini dayandırıb ABŞ Müdafiə Nazirliyinin sistemində şübhəli aktivlik müşahidə edilib
Digər ölkələr
29 İyul , 2015 07:02
Pentaqon daxili elektron poçt sisteminin fəaliyyətini dayandırıb

Bakı. 29 iyul. REPORT.AZ/ ABŞ Müdafiə Nazirliyi daxili yazışmalar üçün istifadə olunan elektron poçt sisteminin fəaliyyətini dayandırıb.

"Report"un Interfaks agentliyinə istinadən verdiyi məlumata görə, "sistemdə şübhəli aktivlik müşahidə edən" Pentaqon rəsmiləri, qərarın konkret səbəbini açıqlamaqdan boyun qaçırsa da, bildirilir ki, hazırda bu məsələ ilə kibertəhlükəsizlik bölməsinin mütəxəssisləri birbaşa məşğul olur.

Pentaqonun informasiya sisteminə dəymiş zərər barədə də məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi