​Pentaqon: “ABŞ Rusiyanın qarşısını hərbi vasitələrlə alacaq”

​Pentaqon: “ABŞ Rusiyanın qarşısını hərbi vasitələrlə alacaq” “Rusiya ilə yanaşı Çin də Amerikanın maraqlarına ciddi meydan oxuyur”
Digər ölkələr
8 Noyabr , 2015 03:51
​Pentaqon: “ABŞ Rusiyanın qarşısını hərbi vasitələrlə alacaq”

Bakı. 8 noyabr. REPORT.AZ/ Birləşmiş Ştatlar hesab edir ki, Rusiya beynəlxalq qaydalara meydan oxuyur və ona siyasi, hərbi və iqtisadi vasitələrin köməkliyi ilə qarşı durmaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə şənbə günü Simi-Vellidə (Kaliforniya ştatı) Ronald Reyqanın xatirə kitabxanasında keçirilən hərbi siyasi konfransda çıxışı zamanı ABŞ-ın müdafiə naziri Eşton Karter bildirib.

"Rusiya Avropada Ukrayna və Gürcüstanın suverenliyini pozur və fəal şəkildə Baltik ölkələrini qorxu içində saxlayır, Suriyada isə təhlükəli münaqişəni qızışdırır", - deyə Pentaqon rəhbəri bildirib.

Onun sözlərinə görə, ən böyük narahatçılığı isə “Rusiya rəhbərliyinin strateji sabitliyin qorunub saxlanmasına sadiq olduğunu şübhə altına qoyan nüvə silahı nümayiş etdirməsi” yaradır.

"Biz Rusiya ilə soyuq və ya isti müharibəyə can atmırıq və onun bizim düşmənimiz olmasını istəmirik", - deyə Karter bildirib.

Pentaqon rəhbəri bildirib ki, lakin Birləşmiş Ştatlar öz və müttəfiqlərinin maraqlarını, eləcə də, hərbi vasitələrin köməkliyi ilə qoruyacaq. O bildirib ki, ABŞ bu məqsədlər üçün “öz nüvə arsenalını təkmilləşdirir” və yeni strateji bombardımançı və lazer silahı da daxil olmaqla müasir silah sistemlərinin hazırlanmasına investisiya yatırır.

Eşton Karter hesab edir ki, Rusiya ilə yanaşı Amerikanın maraqlarına Çin də ciddi meydan oxuyur. O, hərbi gücünü artırır və bundan regiondakı qonşuları ilə aralarında olan mübahisəli məsələləri həll etməyə çalışır.

Son xəbərlər

Orphus sistemi