Pentaqon: Rusiyanin yeni hərbi doktrinasını incəliyirik

Pentaqon: Rusiyanin yeni hərbi doktrinasını incəliyirik "NATO-ya üzv ölkələr Rusiya ilə qarşıdurmada maraqlı deyil"
Digər ölkələr
31 Dekabr , 2014 04:40
Pentaqon: Rusiyanin yeni hərbi doktrinasını incəliyirik

Bakı. 31 dekabr. REPORT.AZ/  "NATO-ya üzv ölkələr Rusiya ilə qarşıdurmada maraqlı deyil. Bununla belə Rusiyanin yeni hərbi doktrinasını dəqiqliyi ilə incəliyirik".

"Report" xəbər verir ki, bunu Rusya mətbuatına açıqlamasında ABŞ Müdafiə Nazirliyinin rəsmisi Vanessa Hilmen deyib.

Pentaqon rəsmisinə görə, ABŞ və digər Qərb ölkələri Kreml üçün təhlükə mənbəyi deyil, əksinə Rusiya ilə tərəfdaşlıq əlaqələrinin genişlənməsini istəyir.

Qeyd edək ki, Rusiyanın yeni doktrinası dekabrın 26-da Vladimir Putin tərəfindən təstiqlənib və mahiyyətçə köhnə versiyalardan fərqlənmir.

Sənədə əsasən, Rusiya ilə sərhəddə və ya onun müttəfiqi olan ölkələrdə xarici qoşunların yerləşdirilməsi ciddi təhlükə mənbəyi hesab edilir.

Son xəbərlər

Orphus sistemi